
Rusiyada doğum evində doqquz körpə ölüb.
525.az xəbər verir ki, bu barədə Kemerovo Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Kemerovo vilayətinin Novokuznetsk şəhərindəki doğum evində 1 dekabr-11 yanvar tarixləri arasında doğulan 17 körpənin vəziyyəti ağırdır. İnfeksiya diaqnozu qoyulan körpələrdən 9-u ölüb.
Açıqlamada xəstəxananın fəaliyyətinin gigiyenik və epidemioloji narahatlıqlar səbəbindən müvəqqəti olaraq dayandırıldığı qeyd olunub. Əlavə edilib ki, hazırda xəstəxanada yoxlama aparılır.
Rusiya İstintaq Komitəsi hadisə ilə bağlı araşdırmanın başlandığını açıqlayıb.
İsgəndər Həsənov



