
Estoniyada onlayn kazinolara tətbiq edilən vergi qanunvericilikdəki boşluq üzündən bu il üçün ləğv edilib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki bu barədə ölkənin maliyyə komissiyasının üzvü Ayvar Kokk bildirib.
Qanuna əsasən onlayn kazinolar ötən il 6 faiz vergi ödəyiblər. Bu il isə ödənilməli olan vergi 4 faiz nəzərdə tutulmuşdu. Lakin qanun layihəsində buraxılan səhv onlayn kazinoların vergidən tamamilə azad olunması ilə nəticələnib. Səhvi isə kazinolardan birinin hüquqşünası aşkarlayıb və bundan maksimum istifadə edib.
Qeyd edək ki, indi sözügedən qanun layihəsində dəyişiklik, başqa sözlə, səhvin düzəldilməsi qaçılmazdır və bunun üçün azı 1 ay vaxt lazımdır.
L.Tağıyeva



