
Venesuelada həbsdə olan bir neçə ABŞ vətəndaşı sərbəst buraxılıb.
525.az xəbər verir ki, bu barədə CNN öz mənbələrinə istinadən məlumat yayıb.
Azad edilmiş amerikalıların adları açıqlanmayıb.
“Venesueladakı müvəqqəti hakimiyyət orqanları ən azı dörd Amerika vətəndaşını azad edib”, - açıqlamada vurğulanıb.
Qeyd edilib ki, bu, Venesuela prezidenti Nikolas Maduronun ABŞ tərəfindən həbs olunmasından sonra amerikalı məhbusların azadlığa buraxıldığı ilk hadisədir.
Bundan əvvəl ABŞ prezidenti Donald Tramp Venesuelada siyasi məhbusların azad edilməsi prosesinin başladığını elan edərək, bu addıma görə minnətdarlığını bildirib.
Pərvanə Sultanova



