
Yaponiyada 243 kq çəkisi olan Tuna balığı Tokio hərracında 510,4 milyon yenə, başqa sözlə 3,2 milyon dollara satılıb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, alıcı "Tuna kralı" ləqəbi ilə tanınan restoranlar şəbəkəsinin sahibi Kiyosi Kumiradır.
Yaponiyanın şimal sahillərində tutulan balığının bir neçə real müştərisi olsa da, sonda sözügedən qiymətə Kumira tab gətirib.
Qeyd edək ki, dünyanın ən bahalı balığında suşi hazırlanacaq. Təamın 1 dənəsinin qiyməti isə 3 dollara satılacaq.
L.Tağıyeva



