
Böyük Britaniya Qətərdəki "Əl-Udeyd" aviabazasındakı hərbçilərini təxliyə edir.
525.az xəbər verir ki, bu barədə Britaniya mətbuatı məlumat yayıb.
Britaliyalı hərbçilər burada amerikalı həmkarları ilə birgə xidmət keçirlər. Təxliyə Yaxın Şərqdə artan gərginlik fonunda həyata keçirilir.
Qeyd edək ki, məhz İsrailin hücumu zamanı İran bu bazaya zərbə endirmişdi.
L.Tağıyeva



