
Norveçdə lotoreyada qalib olmayanlara cek-pot qazanmaları barədə səhv mesaj göndərilib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu səhvdən 47 min civarında insan mənəvi zərbə alıb.
Lotoreyanı təşkil edən "Norsk Tipping" sonradan hamıya üzrhaqlıq mesajı göndərib.
Qeyd edək ki, baş verənlərdən sonra aldadılanlardan bir çoxu sosial şəbəkə hesablarında bu kompaniyanın təşkil etdiyi lotoreya oyunlarına qatılmayacaqlarını bildiriblər.
L.Tağıyeva



