
Konqo Demokratik Respublikasının şərqindəki Şimali Kivu əyalətində güclü yağışlar nəticəsində torpaq sürüşməsi baş verib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, Valikale bölgəsindəki Burutsi kəndində qeydə alınan torpaq sürüşməsi nəticəsində azı 13 nəfər həyatını itirib, 40 nəfər isə itkin düşüb.
Ərazidə axtarış-xilasetmə əməliyyatları davam edir.
Qeyd edək ki, tropik iqlim zonasında yerləşən Konqo Demokratik Respublikası yağış mövsümündə tez-tez təbii fəlakətlərlə üzləşir.
İbrahim Cəfərov



