|
|
|
|

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Braziliya lideri Lula da Silva ilə telefonla danışıb.
525.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, tərəflər söhbət zamanı Qəzza, Türkiyə ilə Braziliya arasında ikitərəfli əlaqələr, regional və qlobal məsələlərə toxunublar.
Ərdoğan Türkiyə ilə Braziliya arasında bir çox sahədə əlaqələrin inkişafı və irəliləyişi üçün səylərini davam etdirəcəklərini bildirib.
O, həmçinin Braziliyanın Qəzza soyqırımı ilə bağlı səssiz qalmamasına görə həmkarına minnətdarlığını bildirib. Ərdoğan bildirib ki, Türkiyə Qəzzada davamlı sülhün bərqərar olmasına yönəlmiş bütün təşəbbüsləri vacib sayır.
Ərdoğan əlavə edib ki, Türkiyə humanitar fəlakətə son qoymaq, sülhə nail olmaq və Qəzzanı yenidən qurmaq üçün səylərini davam etdirəcək.
İbrahim Cəfərov



