|
|
|
|

“Qəzza zolağındakı dağıntıların miqyası fəlakətlidir, anklavın infrastrukturunun 85 faizi tamamilə məhv edilib”.
525.az xəbər verir ki, bunu Fələstin Prezidenti Mahmud Abbas Kremldə rusiyalı həmkarı Vladimir Putinlə görüş zamanı bildirib.
O deyib ki, məktəblər, universitetlər, xəstəxanalar mövcud deyil:
“Lakin vurğulamaq istərdim ki, Fələstin xalqı məcburi köçürülmə cəhdlərinə qarşıdır. Biz torpağımızı qoruyub saxlayırıq və bu bizə nə qədər baha başa gəlsə də, onu tərk etməyəcəyik”.
Pərvanə Sultanova



