|
|
|
|

Avropa Parlamenti Avropa Komissiyasının sədri Ursula von der Leyenə qarşı etimadsızlıqla bağlı qətnaməni rədd edib.
525.az bu barədə qurumun rəsmi saytına istinadən xəbər verir.
Qeyd olunur ki, etimadsızlıq səsverməsinin lehinə 165 deputat, əleyhinə 390 parlamentari səs verib, daha 10 nəfər bitərəf qalıb. Qərarın qəbul edilməsi üçün verilən səslərin üçdə ikisi tələb olunurdu.
Bu, son yeddi ayda Avropa Komissiyasının sədrinə qarşı dördüncü cəhdir.
Pərvanə Sultanova



