|
|
|
|

Qəzza Səhiyyə Nazirliyi İsrailin hücumları nəticəsində ölən və yaralananlar, həmçinin dağıntılar altından çıxarılan cəsədlərlə bağlı son məlumatları açıqlayıb.
525.az xəbər verir ki, son 48 saat ərzində 11 nəfər ölüb, 7 nəfər isə yaralanıb.
Bununla da atəşkəs başlayandan etibarən ümumilikdə 477 nəfər həlak olub, 1301 nəfər isə yaralanıb.
Ümumilikdə isə 2023-cü il oktyabrın 7-dən indiyə qədər Qəzzada ölənlərin sayı 71 562-yə, yaralıların sayı isə 171 379 nəfərə çatıb.
İbrahim Cəfərov



