- Tahir müəllim, bildiyiniz kimi, bugünlərdə Almaniyada Münhen Təhlükəsizlik Konfransında ölkə Prezidenti İlham Əliyev tərəfindən Qarabağ münaqişəsi ilə bağlı çox önəmli mesajlar səsləndi, verildi. Xüsusilə də dövlət başçısının "Erməni əsgər Azərbaycanın işğal olunmuş ərazilərində nə gəzir? Erməni əsgər Ağdamda nə axtarır? Əgər o öldürülmək istəmirsə, qoy Ağdama getməsin" mesajı hələ də həm xarici, həmçinin, yerli KİV-in əsas gündəm mövzusudur. Odur ki, bir millət vəkili olaraq Sizin də bu mesajlar barədə fikirlərinizi bilmək istərdik.
- Bilirsiniz, ermənilər qəddarlığı, yaltaqlığı, ikiüzlülüyü, etibarsızlığı, həm də həyasızlığı ilə bütün dünyaya tanışdır. Bu millətin iç üzünə bələd olan, xarakterini bilən hər kəs, dahi insanlar, siyasətçilər, hətta, ermənilərin özləri belə erməni xislətinin çirkinliklərinin, həyasızlığının analoqu olmadığını dilə gətirməkdən çəkinməmişdilər. Tarixən belə olub və bu gün də belədir. Erməniləri öz nadan, qəddar əməllərindən döndərmək mümkün deyil. Millətçilik, təcavüzkarlıq, yaltaqlıq və həyasızlıq bu millətin həyat tərzidir, genindədir. Biz bunu hər gün, hər saat, hər an hiss edirik və görürük.Böyüyündən tutmuş kiçiyinə kimə hər bir erməni üçün satqınlıq, xəyanət şərəf, ləyaqət meyarıdır. Baxın, Ermənistan prezidenti Serj Sarkisyan erməni xalqına vətəni satdığı üçün necə də fəxr edir. Bu gün bütün dünya bilir ki, Ermənistan adında müstəqil bir dövlət yoxdur. Ancaq kiminsə əlinə baxan, kiminsə tapşırıqlarını yerinə yetirən bir dövlət və bu dövlətin kimlərinsə nökərinə belə layiq olmayan, onun-bunun əlinə-ayağına düşən, istənilən vaxt alınıb-satılan Serj Sarkisyan adında bir prezidenti var. Sarkisyan öz xalqını satmaqdan , ölkəni dilənçi kökünə salmağından, qız-gəlinin, qocasının ləyaqətini alçaltmaqdan utanmalı olduğu halda, əksinə başını dik tutur, azərbaycanlıları qətlə yetirdiyinə, körpələri əlsiz-ayaqsız, qocaları öldürdüyünə, Xocalı soyqırımının iştirakçısı olduğuna görə fəxr edir.
Ermənistanın digər başbilənləri, baş naziri də, müdafiə və xarici işlər naziri də, çoxları Serj Sarkisyanın günündədir və onun kimi fikirləşir. Vəhşilik, satqınlıq etdiklərindən qürur duyurlar. Onlar alçaq əməllərini, həyasızlıqlarını gözə soxmaqdan, əldə olan faktları saxtalaşdırmaqdan, üzə durmaqdan belə çəkinmirlər. Ermənistanın hakim dairələri işğal olunmuş Azərbaycan torpaqlarında təxribat törədən, sərhədi keçməyə çalışan erməni əsgərlərinin öldürülməsini və yaxud helikopterinin vurulmasını ermənilərə edilən təcavüz kimi şişirdib beynəlxalq aləmə təqdim etməkdən belə utanmırlar. Şüvən qoparan, hay-həşir salan Ermənistan rəhbərləri, eləcə də siyasətçiləri, sıravi erməni hansı torpaqda, hansı şəraitdə Ermənistan əsgərinin başlarının əzilməsi fərqində deyillər. Onlar ancaq yalandan ağlamaq, göz yaşı tökmək, yalvarmaq hayındadırlar...
- Bu, sadəcə, erməni xislətidir, erməni riyakarlığıdır və artıq hər kəsə bəlli olan həqiqətdir...
- Tamamilə, doğru deyirsiniz. Bunun başqa adı yoxdur və ola da bilməz. Erməni xisləti, həyasızlığı bugünlərdə 51-ci Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Ukraynadan əlavə Avropada həll olunmamış münaqişələr mövzusunda müzakirələr zamanı erməni nümayəndəsinin Azərbaycan Prezidenti cənab İlham Əliyevə ünvanladığı suallarda da bir daha özünü aydın göstərdi. İşğal altında olan torpaqlarımızda Ermənistan əsgərinin ölüm faktlarının ermənilərə yönəldilən fakt - sülh danışıqlarını pozmaq kimi qiymətləndirilməsi sualına Azərbaycan prezidenti konkret və tutarlı cavab verdi. O, "işğal olunmuş ərazidə Ermənistan əsgərinin nə işi var? Erməni əsgərinin Ağdamda nə işi var? Əgər o ölmək istəmirsə, onda qoy Ağdama getməsin, olduğu yerdə qalsın"-deyə, bəyan etdi. Bu, ermənilər və onların açıq-gizli havadarları, himayədarları üçün çox sarsıdıcı cavabdır. Axı, Ermənistan əsgəri Azərbaycan torpaqlarında nə gəzir? Əgər o bu torpaqlara ayaq basırsa, o zaman ölümə məhkumdur. Çünki o təcavüzkardır, qatildir, düşməndir. Onun ölümdən başqa ayrı yolu yoxdur. Azərbaycan xalqı belə düşünür.
Kamil Həmzəoğlu