
Venesuelanın Miranda əyalətindəki həbsxanada iğtişaş baş verib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Venesuela Penitensiar Xidmətlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, ştatın yüksək təhlükəsizlik rejimli Yare həbsxanasında məhbuslar arasında mübahisə iğtişaşa çevrilib. İnsident nəticəsində 5 məhbusun həyatını itirdiyi və Baş Prokurorluğun iğtişaşın dəqiq səbəblərini müəyyən etmək üçün təhqiqat başlatdığı bildirilib.
Həbsxanada yaranan xaotik vəziyyət səbəbindən ailə ziyarətlərinin dayandırıldığı da əlavə olunub.
İbrahim Cəfərov



