
Nigeriyada naməlum silahlılar Politexnik İnstitutunun 7 tələbəsini oğurlayıb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə hadisənin baş verdiyi Kaura-Namoda şəhərinin polis idarəsi məlumat yayıb.
Bir qrup silahlı institutunun yataqxanasına soxularaq tələbələri silah gücünə naməlum istiqamətdə apardıqdan az sonra olay yerinə polis və hərbçilər gəliblər. Onların cinayətkarların izinə düşmək cəhdləri uğursuz olub. Hazırda tələbələrin axtarışı davam etdirilir.
Qeyd edək ki, Nigeriyada belə silahlı birləşmələrin sayı onlarladır. Onlar insanları girov götürərək pul müqabilində azadlığa buraxırlar.
L.Tağıyeva



