
Şair Əşrəf Veysəlli vəfat edib.
525.az xəbər verir ki, o, 88 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, Ə. Veysəlli 1938-ci ildə Füzulinin Yuxarı Veysəlli kəndində doğulub. Hərbi xidmətdən sonra Azərbaycan Dövlət Pedaqoji İnstitutuna daxil olub.Təhsilini başa vurduqdan sonra Sumqayıtda işləməyə başlayıb, o vaxtdan da bu şəhərdə yaşayıb.
Ə.Veysəlli Azərbaycan Yazıçılar Birliyinin üzvü idi.



