|
|
|
|

“Məlum olduğu kimi, bu gün 60-100 mərtəbəli binaların, hətta Çində olduğu kimi, yaşayış komplekslərinin daxilindən metro və tramvay xətləri keçir. Bu artıq adi hala çevrilib. Belə cür layihələr sakinlər üçün hər hansı təhlükə yaratmır, əksinə, nəqliyyatın əlçatanlığını təmin edir”.
Nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı bunu 525.az-a söyləyib. Ekspert bildirib ki, Bakıda nəqliyyatın düzgün idarə olunması və tıxac probleminin aradan qaldırılması üçün dövlət proqramında nəzərdə tutulan layihələrin icrası mühüm əhəmiyyət kəsb edir:
“Qeyd edim ki, hazırda "Koroğlu" və "Ulduz" stansiyaları arasındakı ərazidə inşasına başlanılan yeni nəqliyyat qovşağı da məhz bu məqsədə xidmət edir. Bu məkanda metro, dəmir yolu və avtobus xətlərinin inteqrasiyası vətəndaşların bir nəqliyyat vasitəsindən digərinə rahat keçidini təmin edəcək, ictimai nəqliyyatın səmərəliliyini artıracaqdır".
Sevinc Qarayeva



