|
|
|
|

“Beynəlxalq Enerji Agentliyinin qiymətləsinə görə, Hörmüz bağlı olduğu müddətdə dünya neft təklifinin 10 faizi bazardan çıxıb. Bu rəqəm özlüyündə böyük bir şokdur. Lakin daha ciddi siqnal başqa yerdədir. Neft artıq sadəcə bahalı deyil, getdikcə əlçatmaz olur”.
Bunu fikri 525.az-a Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili deyib. Millət vəkilinin sözlərinə görə, böyük iqtisadiyyatlar mövcud yükləri yüksək qiymətə ala və ehtiyatlarını yandıra bilər. Lakin Asiyanın kiçik ölkələri ciddi sınaqlarla üzə üzədirlər - onların nə ehtiyat gücü, nə də siyasi rıçaqı var:
“Hörmüz nə qədər bağlı qalsa və sanksiya konturu nə qədər sərtləşsə, bu tablo bir o qədər də dərinləşəcək, dünyada makro-iqtisadi vəziyyət daha da pisləşəcəkdir”.
Sevinc Qarayeva



