
"Bu gün fiziki mağazaların saxlanılması ciddi xərclər tələb edir. İcarə, kommunal xərclər və digər əməliyyat yükü ənənəvi ticarəti daha baha edir. Bu səbəbdən gələcəkdə bir çox mağazanın ya bağlanması, ya da xidmət və əyləncə mərkəzlərinə çevrilməsi mümkündür".
Bunu 525.az-a iqtisadçı ekspert Natiq Cəfərli bildirib. İqtisadçının sözlıərinə əsasən, Azərbaycan sahibkarları da bu dəyişikliklərə hazır olmalıdır:
"Ənənəvi ticarətlə məşğul olanlar onlayn platformalara inteqrasiya etməli, satışlarını internet üzərindən qurmağı bacarmalıdırlar. Bu, həm xərcləri azaldacaq, həm də müştəriyə daha rahat xidmət imkanı yaradacaq".
Sevinc Qarayeva



