
"Azərbaycan, Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına (WUF13) ev sahibliyi edən ölkə olaraq, davamlı şəhər inkişafına, ekoloji məsuliyyətə və iqlimə dayanıqlığa xüsusi diqqət yetirir".
525.az-ın məlumatına görə, bunu Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev WUF13 çərçivəsində keçirilən "Azərbaycanın ilk milli davamlılıq standartının hazırlanması: Davamlı Təcrübələr Standartı (SPS)" adlı tədbirin iştirakçılarına videomüraciətində deyib.



