
Böhranlardan sonra mənzillərin sürətli bərpası şəffaf rəqəmsal sistemlər və vətəndaşyönümlü dəstək mexanizmləri olmadan mümkün deyil.
525.az xəbər verir ki, bu barədə Dünya Bankının şəhərsalma və risklərin idarə edilməsi üzrə direktoru Minq Çjan WUF13 çərçivəsində "Böhrandan sonra mənzil bərpa və yenidənqurma işlərinin mərkəzindədir" mövzusuna həsr olunmuş tədbirdə çıxış edərkən bildirib.
Onun sözlərinə görə, səmərəli bərpanın əsas şərti, ilk növbədə zədələnmiş mənzillərin təmiri vasitəsilə artıq ilkin mərhələdə sürətli nəticələrin əldə edilməsidir.
"Sürətli nəticələri təmin etmək vacibdir ki, insanlar yerlərdəki dəyişiklikləri dərhal görə bilsinlər", - Çjan vurğulayıb.
O qeyd edib ki, Ukraynada HOPE layihəsi çərçivəsində mənzillərin bərpası üzrə ərizələrin verilməsi üçün rəqəmsal sistem yaradılıb, bu da proseslərin şəffaflığını və yardımın sürətləndirilmiş paylanmasını təmin edir.



