|
|
|
|
Silahlı Qüvvələrimizin nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edəcəklər.
525.az-ın MN-nin rəsmi saytına istinadən verdiyi məlumata görə, aprelin 14-dən 16-dək Qətərin paytaxtı Doha şəhərində "Yırtıcı Şahin-2015" təliminin yekun planlaşdırma konfransı, aprelin 14-dən 17-dək Litvanın paytaxtı Kaunas şəhərində yaralılara hospitala təxliyyədən öncəki tibbi yardım kursu, aprelin 14-dən 24-dək isə İordaniyanın paytaxtı Əmman şəhərində Əməliyyat İmkanları Konsepsiyasının Qiymətləndirmə və Rəy Proqramı çərçivəsində qiymətləndiricilər üçün 29-cu təlim kursu keçiriləcək.
Tədbirlərdə Azərbaycanın Silahlı Qüvvələrinin nümayəndələri iştirak edəcəklər.