Bu gün səhərdən etibarən Bakıda və Abşeron yarımadasında müşahidə edilən güclü şimal-qərb küləyi axşam saatlarında tədricən mülayimləşəcək.
Bunu APA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova deyib.
Gülşad Məmmədova bildirib ki, sabahdan etibarən ölkə ərazisində mülayim hava şəraiti müşahidə olunacaq.