Xarici işlər naziri Elmar Məmmədyarov rəhbərlik etdiyi nümayəndə heyətinin müşayiəti ilə aprelin 20-də Lüksemburqa yola düşüb.
525.az-ın XİN-nin rəsmi saytına istinadən verdiyi məlumata görə, nazirin bu səfəri Lüksemburqda keçiriləcək "Şərq tərəfdaşlığı"nda iştirak edən ölkələrin və Avropa ittifaqına üzv ölkələrin xarici işlər nazirlərinin 6-cı görüşündə iştirak etmək məqsədi güdür.