Bakıda yaşayış binasında baş verən yanğın söndürülüb.
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətindən APA-ya verilən məlumata görə, əraziyə cəlb edilən yanğınsöndürənlərin səyi nəticəsində yanğının qarşısı alınıb. .
hadisə bu gün saat 11.30 radələrində Yasamal rayonu, Bəsti Bağırova küçəsi, 9 ünvanında qeydə alınıb. Həmin ünvanda yerləşən 9 mərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində baş verən yanğının qarşısını almaq məqsədi ilə əraziyə xeyli sayda yanğınsöndürən maşın cəlb edilib.
Hadisə nəticəsində ölən və xəsarət alan olmayıb. Hazırda yanğının baş vermə səbəbləri araşdırılır