Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) sürücülərə müraciət edib.
BDYPİ-nin ictimai qurumlarla əlaqə şöbəsinin rəisi Kamran Əliyevin APA-ya verdiyi məlumata görə, bu ay paytaxtda keçiriləcək I Avropa Oyunları ilə əlaqədar bu gündən respublikanın digər şəhər və rayon qeydiyyatında olan avtomobillərin paytaxta girişinə məhdudiyyətlər qoyulub:
“Bakının bütün girişlərində xüsusi postlar yaradılıb. Respublikanın digər şəhər və rayon qeydiyyatında olan avtomobillər paytaxtın bütün girişlərində yeni salınmış müvəqqəti saxlanma yerində saxlanılacaq”.
K. Əliyev dayanacaqlarda maksimim 5 minə yaxın avtomobilin saxlana biləcəyini qeyd edib:
“Rayonlardan gələn şəxslər ictimai nəqliyyatla mərkəzə gedə bilərlər”.