|
|
|
|
İndi Olimp Bakıdır...
Bu gün bizə zillənib
Bu dünyanın baxışı.
Gənclərimiz yağdırır
Qızıl, gümüş yağışı.
Tamaşaçı alqışı
Titrədir dağı-daşı.
Elə bil ki günəş də
İndi doğur Xəzərdən.
Allah sizi qorusun
Nəfsdən, bəd nəzərdən.
Dünya belə qurulub,
Yamanlar fitnə salır,
Yaxşılar zəfər çalır.
(Yəqin ki, əməlindən
İkisi də zövq alır)
Var ol, İlham, Mehriban,
Dedirtdiniz cahana,
Kimi sevinclə dedi,
Kimi də yana-yana:
Əhsən Azərbaycana!
Alqış Azərbaycana!!!
19.06.2015