Çin eksperimental telekommunikasiya peykini uğurla orbitə buraxıb.
525.az-ın RYTN-nin rəsmi saytına istinadən verdiyi məlumata görə, peykdən genişzolaqlı rabitə texnologiyasının “Ka” diapazonunda sınaqlarının keçirilməsi üçün istifadəsi planlaşdırılır.
Peyk “Changzheng 3B” raketdaşıyıcısı ilə yerli vaxtla saat 11:42-də Sıçuan əyalətinin cənub-qərbində yerləşən Siçan kosmodromundan buraxılıb.
“Ka” diapazonu 26,5-40 QHs tezliklərində elektromaqnit dalğalarını əhatə edir. Diapazondan əsasən peyk radiorabitəsi və radiolokasiyası üçün istifadə edilir, - “TASS” yazır.