Ötən gün Bakının müxtəlif ərazilərində dəm qazından 19 nəfər zəhərlənib.
Hüquq-mühafizə orqanlarından ANS PRESS-ə verilən məlumata görə, zəhərlənənlərdən çoxunun vəziyyəti ağır olub.
Onların hamısı paytaxtın müvafiq xəstəxanalarına yerləşdiriliblər. Qeyd edək ki, dəm qazından zəhərlənmə faktlarının əksəriyyəti şəhərətrafı həyət evlərində baş verib