Dünyanın məşhur sosial şəbəkəsi “Facebook” saat 21:30 radələrində sıradan çıxıb.
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, şəbəkəyə qoşulan istifadəçilər “Təəssüf edirik, bəzi yanlışlıqlar var” yazısı ilə qarşılaşıblar. Dünyanın bir çox ölkəsində baş verən bu hadisə ilə bağlı hələ ki, heç bir rəsmi açıqlama verilməyib.
Problem təxminən 10 dəqiqə davam edib.