Dünyanın ən nüfuzlu 500 müsəlmanının adı açıqlanıb.
525.az-ın məlumatına görə, prezident İlham Əliyevin, Şeyxülslam Allahşükür Paşazadənin və muğam ustası Alim Qasımovun adı da "The Muslim 500-2016" siyahısına daxil edilib.
Xatırladaq ki, 2009-cu ildən nəşr olunan siyahı Əmmanın kral islam strateji araşdırmalar mərkəzi tərəfindən tərtib olunub.
Bundan başqa, siyahıda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın da adı yer alıb.