|
|
|
|
Azərbaycan Ordusunun əsgəri ehtiyatsızlıqdan hərbçi yoldaşını güllələyib.
APA-nın məlumatına görə, hadisə Müdafiə Nazirliyinin Qazax rayonunda yerləşən “N” saylı hərbi hissəsində qeydə alınıb. Xaçmaz rayonundan hərbi xidmətə çağırılan, 1993-cü il təvəllüdlü Ruslan Mirzə oğlu Şahbazovun tabeliyindəki avtomatdan ehtiyatsızlıqdan atəş açılıb.
Güllə onun əsgər yoldaşı, Yevlax rayonundan hərbi xidmətə çağırılan, 1994-cü il təvəllüdlü Vahid Telman oğlu Ağabalazadə dəyib. Başından yaralanan əsgər hospitala yerləşdirilib. Onun vəziyyəti ağır qiymətləndirilir.
Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini Teymur Abdullayev APA-ya açıqlamasında faktı təsdiqləyib.