Böyük Britaniya kral ailəsinin ictimaiyyətə ən maraqlı üzvü, Kembric Hersoginyası Keyt Middltlon ikinci dəfə ana olduqdan sonra yenidən qonaqlıqlarda görünməyə başlayıb.
Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, bu dəfə Bukhingem sarayında Kraliçanın Çin prezidentinin şərəfinə verdiyi rəsmi yeməyə qatılıb.
O, mərasimə sevimli modelyeri Cenni Pekhemin hazırladığı qırmızı libasda qatılıb. Keyt saçlarının üzərinə Kraliça Elizabetdən istifadə üçün alınan tacı taxıb. O, bununla üçüncü dəfə kral ailəsinin verdiyi tacı taxmış olub.