Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində sabiq müdafiə naziri Səfər Əbiyevin müavini Mehman Səlimovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
APA-nın məlumatına görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə şahidlər ifadə verib.
Şahidlərin ifadəsindən sonra Mehman Səlimov məhkəmədə qısa çıxış edib. O, çıxışında Milli Təhlükəsizlik Nazirliyini ittiham edib: “O vaxt məni MTN-də dindirəndə dedilər ki, Səfər Əbiyevin üzünə dur, mən durmadım. Çünki onu işdən azad edəndən sonra tutmaq istəyirdilər. Mən bunu etmədim, onun üzünə durmadım. Ona görə mənə cinayət işi açdılar".