Bakıda radikal dini qruplaşma üzvlərinə qarşı əməliyyat keçirilib.
Yasamal Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, “Farklı Lahmacun” kafesində həyata keçirilən əməliyyat zamanı “vəhabi” təriqətinin üzvü olduğu ehtimal olunan 40-a yaxın şəxs saxlanılıb.
Saxlanılanların arasında “Əbu Bəkr” məscidinin imamı Qamət Süleymanovun müavini Adil Rəcəbov da var.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya bildirilib ki, hadisə ilə bağlı nazirlik rəsmi açıqlama yayacaq.