Yaponiyada qravitasiya dalğaları detektorunun yerləşdiyi nəhəng yeraltı tikinti başa çatdırılıb.
Alimlər bu tikintidən qravitasiya dalğalarını müşahidə etmək üçün istifadə edəcəklər.
Bu dalğalar barədə Albert Eynşteyn tərəfindən məlumat verilsə də, indiyədək onun praktiki müşahidəsi aparılmayıb.
“KAQRA” adlandırılan tikinti Tokio Universiteti yanında Kosmik Şüaların Tədqiqi İnstitutunun digər institutlarla birlikdə layihəsidir. Yaponiyanın mərkəzi hissəsindəki Qifu prefekturasında dağların altında, yerin dərin qatlarında yerləşən
qurğu latın hərfi “L” şəklində bir-birinə birləşən 3 kilometr uzunluğunda iki borudan ibarətdir.
Əgər detektor qravitasiya dalğalarını aşkarlaya bilsə, bu, kainatın yaranmasını dərk etməyə kömək edəcək.
AzərTAc