Bu gün "525-ci qəzet"in yaranmasından 23 il ötür.
Müstəqil Azərbaycanın ilk müstəqil qəzetlərindən olan "525-ci qəzet" yarandığı gündən öz dəsti-xətti, yolu, ədəbi və ictimai-siyasi arenada tutduğu mövqeyi ilə digərlərindən fərqlənməyi bacarıb. Gündəlik səhifə sayı 8 olan qəzet şənbə günləri ədəbiyyat əlavəsi ilə birlikdə 32 səhifədən ibarət olur.
Qeyd edək ki, qəzet həftədə beş gün çıxır. Bu gün onun 4465-ci buraxılışı işıq üzü görüb.
Cavid QƏDİR