https://525.az/img/pics/medium/2024-05/312614_bgwbia4fvc.jpg Əbədi sözə çevrilən ədəbi sima -  İsi Məlikzadə-90
https://525.az/img/pics/medium/2024-05/312613_x96mt2af8o.jpg Anar Məmmədxanovun xanımı: "Mən ona çox arxayın idim"
https://525.az/img/pics/medium/2024-05/312583_dvmmzxd3jv.jpg Fransa Ukraynaya əsgər göndərdi
https://525.az/img/pics/medium/2024-05/312579_gcv8trtyhy.jpg Külək güclənəcək, yağış yağacaq, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
search
6 May 2024
5 May 2024

İngiltərə telekanalı Tofiq Bəhramovu haqlı çıxardı

İngiltərə telekanalı Tofiq Bəhramovu haqlı çıxardı

İngiltərənin "Sky Sports" telekanalında 1966-cı ildə dünya çempionatında İngiltərə və Almaniya yığma komandaları arasındakı final oyununda azərbaycanlı yan xətt hakimi Tofiq Bəhramovun verdiyi qərar müzakirə olunub.

"Report"un məlumatına görə, İngiltərə "Liverpul"unun sabiq futbolçusu Ceymi Karrager və aparıcı Ed Çembers Bəhramovun İngiltərənin qolunu qeydə almasını doğru qərar adlandırıb.

Veriliş zamanı müasir texnologiya vasitəsilə topun qapı xəttini keçib-keçmədiyi müəyyən olunub. Nəticədə əlavə vaxtın 11-ci dəqiqəsində Ceffri Herstin Almaniyanın qapısına vurduğu qolun qeydə alınması düzgün addım sayılıb.

Qeyd edək ki, 1966-cı ildə dünya çempionatının finalı Londondakı "Uembli" stadionunda keçirilib. İngiltərə və Almaniya komandalarının görüşündə əsas vaxt 2:2 hesablı heç-heçə ilə bitib. Əlavə vaxtda nominal meydan sahibləri 2 qol vuraraq kuboku qazanıblar.

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.