|
|
|
|
Ağcabədi rayon Heydər Əliyev Mərkəzində fəaliyyət göstərən “Həvəskar aktyorluq” dərnəyinin üzvlərinin və Ağcabədi pedoqoji kollecinin tələbələrinin iştirakı ilə Xocalı soyqırımının 24-cü ildönümü münasibətilə fləşmob keçirilib.
AZƏRTAC xəbər verir ki, Heydər Əliyev adına meydanda keçirilən fləşmobda iştirakçılar Xocalı soyqırımının dəhşətlərini əks etdirən səhnələr canlandırıblar.
Həmçinin Xocalı faciəsi haqqında məlumatlar verilib, “Xocalıya ədalət” şüarı səsləndirilib.
Sonra iştirakçılar “Soyqırımlarına son” şüarı yazılmış lövhəyə imzalarını atıblar.
Şüara dəstək olmaq istəyən ağcabədililər gün ərzində imza lövhəsini imzalayıblar.