1870-ci il. Azərbaycan yazıçısı, dramaturq, pedaqoq, ədəbiyyatşünas, əməkdar incəsənət xadimi Əbdürrəhim bəy Haqverdiyevin doğum günü (1870-1933).
Gəncə quberniyasından Rusiya Dövlət Dumasına nümayəndə seçilib. 1908-ci il yanvarın 12-də “Leyli və Məcnun” operasının ilk tamaşasına dirijorluq edən Ə.Haqverdiyev “Bəxtsiz cavan”, “Pəri-cadu”, “Dağılan tifaq” faciələrinin”, “Yeyərsən qaz ətini, görərsən ləzzətini” dramının, “Həyat” qəzetində və “Molla Nəsrəddin” jurnalında dərc olunan felyeton nə hekayələrinin müəllifidir.
1969-cu il. Beynəlxalq Elektroəlaqə İttifaqının İdarəedici Şurasının qərarı ilə Beynəlxalq Telekommunikasiya və Rabitə Günü təsis olunub.
17 may, eyni zamanda Ümumdünya İnformasiya Cəmiyyəti Günüdür. Bu Gün Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən 2006-cı il martın 27-də təsis olunub.
Bu tarixin seçilməsi də təsadüfi deyil. 1865-ci ilin həmin günündə Parisdə 20 Avropa ölkəsinin nümayəndələri Beynəlxalq Teleqraf İttifaqının yaradılması haqqında müqavilə imzalayıblar.
1904-cü il. İki dəfə Venesiya və Berlin kinofestivalları mükafatlarının laureatı, “Sezar” mükafatının sahibi, tanınmış fransız teatr və kino aktyoru Jan Qabenin doğum günüdür (1904-1976).
J.Qaben Fransa kinematoqrafının ən parlaq ulduzlarından biri sayılır.
O, Fəxri Legion ordeni (1960) ilə təltif edilib. Anadan olduğu Meryel şəhərində Jan Qaben Muzeyi fəaliyyət göstərir.