Milli Məclisin (MM) növbədənkənar xüsusi sessiyasının ilk plenar iclasının vaxtı məlum olub.
MM-dən APA-ya verilən məlumata görə, iclas iyunun 14-də keçiriləcək.
İclasın gündəliyi hələlik müəyyənləşməyib.
Qeyd edək ki, MM-in yaz sessiyasından sonra növbədənkənar xüsusi sessiyası çağırılıb.
Bununla bağlı deputatların müraciəti əsasında qərar qəbul edilib. Növbədənkənar sessiya çərçivəsində bir sıra komitə iclasları ilə yanaşı, iki plenar iclas keçiriləcək.