Türkiyənin cənub-şərqindəki Mardin vilayətinin Midyat rayonunda yerli polis idarəsinə terror hücumu olub.
APA-nın Türkiyə xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, polis idarəsinin binasına içərisinə bomba yüklənmiş avtomobil vasitəsilə hücum edilib.
Nəticədə şiddətli partlayış baş verib.
İlkin məlumatlara əsasən xeyli yaralı var. Hadisə yerinə çoxlu sayda ambulans göndərilib.