2008-ci il. Qırğızıstan Xalq yazıçısı, Sosialist Əməyi Qəhrəmanı, SSRİ Dövlət Mükafatı laureatı Çingiz Aytmatov vəfat edib (1928-2008).
Ç.Aytmatov “Dağlar düşəndə”, “Gün var əsrə bərabər”, “Fuji-Yama”, “Ağ gəmi”, “Əlvida, Gülsarı!”, “Çingiz xana küsən bulud” və s. əsərlərin müəllifidir.
1946-cı il. İtaliyada monarxiya ləğv olunub. Ümummilli referendum nəticəsində İtaliya parlamentli respublika elan edilib.
1943-cü il. Amerikalı ticarət agenti Milton Reynolds ilk diyircəkli qələmi patentləşdirib.
Kütləvi istehsal edilən bu qələmə tələbat həddən çox olub. Nyu-Yorkun bir mağazasında gün ərzində on min belə qələm satılıb.