Azərbaycan prezidenti İlham Əliyev Memarlıq və İnşaat Universitetinin əməkdaşlarının “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
APA-nın məlumatına görə, Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə Azərbaycan Memarlıq və İnşaat Universitetinin aşağıdakı əməkdaşları “Tərəqqi” medalı ilə təltif edilib:
Ağayev Asəf Mirzə oğlu Hacıyev Arif Müseyib oğlu Haqverdiyeva Tahirə Axi qızı İmaməliyeva Cəmilə Nüsrət qızı Quliyev Sabir Əli oğlu Məmmədov Məhəbbət Aşır oğlu Nağıyev Nizami Həsən oğlu Sadıkov Polad Məmmədoviç Şirinzadə İradə Nüsrət qızı.
Dövlət başçısının digər sərəncamı ilə Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə Memarlıq və İnşaat Universitetinin əməkdaşlarına “Əməkdar müəllim” fəxri adı verilib:
Əliyev Rafiq Musa oğlu Əliyev Surxay Süleyman oğlu Hacıyev Muxlis Əhməd oğlu İsmayılov Şahin Məmməd oğlu Qəhrəmanlı Yaşar Vəli oğlu Qəniyeva Saçlı Abdulxaq qızı Qəribov Rahad Tanrıverdi oğlu Məmmədov Hikmət Süleyman oğlu Musayev Zakir Səməd oğlu Səmədov Yaşar Hüseyn oğlu Tağıyeva Validə Abbasovna Vahabov Nadir Eyub oğlu Zəkiyeva Şükufə Böyük Ağa qızı.
Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Hüseyn qızı Məmmədova isə Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib.