https://525.az/img/pics/medium/2024-05/313768_rfxokqvt69.jpg “525-ci qəzet”in 15 may sayında nələr var? - ANONS
https://525.az/img/pics/medium/2024-02/303490_m1kzpm480b.jpg "COP29 Azərbaycanın güclü potensialını dünyaya nümayiş etdirəcək"
https://525.az/img/pics/medium/2024-05/313657_2wkfk1wic1.jpg Sözün sehri və seyri - Asif Rüstəmli yazır
https://525.az/img/pics/medium/2023-04/263948_uuvy11xi8l.jpg Atalı yetimlərin bədii mənzərəsi - Allahverdi Eminov yazır
search
14 May 2024

Rio-2016-nın açılış mərasimi keçirildi

Rio-2016-nın açılış mərasimi keçirildi

Avqustun 6-da Bakı vaxtı ilə saat 03:00-da Braziliyanın Rio-de-Janeyro şəhərindəki “Marakana” stadionunda XXXI Yay Olimpiya Oyunlarının möhtəşəm açılış mərasiminə start verilib.

525.az-ın AzərTAc-a istinadən verdiyi məlumata görə, açılış mərasimini braziliyalı məşhur rejissor Fernando Meirelyes və prodüser Daniela Tomas hazırlayıblar. Bu mərasim üçün 300 rəqqas, 5 min könüllü cəlb olunub. Mərasimdə istifadə olunması üçün 12 min kostyum hazırlanıb.

Mərasim Braziliyaya həsr olunan videoçarxın nümayişi işə başlayıb.

“Marakana” stadionunda quraşdırılan böyük səhnədə Olimpiya Oyunlarının əsas dəyərlərindən sayılan sülhü təmsil edən görüntülər formalaşdırılıb. Sonra məşhur müğənni Paulinho da Violanın ifasında Braziliyanın dövlət himninin səsləndirilib və bu ölkənin bayrağı “Marakana” stadionunda qaldırılıb.

Daha sonra minlərlə projektor vasitəsilə “Həyatın yaradılışı” adlı kompozisiya təqdim olunub.

Daha sonra Braziliyanın görkəmli şəxsləri haqqında elementlər təqdim edilib. Bu hissədə braziliyalıların təyyarənin banisi hesab etdikləri Alberto Santos-Dumontun təyyarə ilə uçuşu təsvir olunub. Braziliyalı bəstəkar Tom Jobimin nəvəsi Daniel Jobimin ifasında “İpanemalı qız” mahnısının sədaları altında səhnəyə bu ölkədən olan məşhur model Gizele Bündxen çıxıb. Sonra müxtəlif musiqi qrupları səhnədə çıxışlar ediblər və möhtəşəm atəşfəşanlıq olub.

Atəşfəşanlıqdan sonra qlobal istiləşmə nəticəsində dəniz səviyyəsinin artması, ekoloji problemlərin artması və bundan çıxış yolları ilə bağlı videoçarx nümayiş etdirilib. Filmdə meşələrin bərpası istiqamətində Braziliyada, o cümlədən Rio-de-Janeyroda həyata keçirilən tədbirlər əks etdirilib.

Sonra komandaların paradı başlayıb. İlk olaraq Olimpiya Oyunlarını dünyaya bəxş etmiş ölkənin – Yunanıstanın idmançıları arenaya daxil olublar. Digər ölkələrin komandaları onun arxasınca əlifba sırası ilə gəliblər. Azərbaycan idmançıları Avstriyadan sonra stadiona daxil olublar.

Braziliya Prezidenti vəzifəsini icra edən Mişel Temer XXXI Yay Olimpiya Oyunlarını açıq elan edib.

Olimpiya bayrağı “Marakana” stadionuna gətirilib və Olimpiya himni səsləndirilib.

Sonra idmançıların, hakimlərin və məşqçilərin adından Olimpiya andı içilib.

Nəhayət, 26 min kilometrlik səyahətdən sonra Olimpiya məşəli “Marakana” stadionuna gətirilib. 2004-cü il Afina Olimpiadasının bürünc mükafatçısı Vanderlei Kordeiro de Limanın XXXI Yay Olimpiya Oyunlarının məşəlini alovlandırması ilə açılış mərasimi başa çatıb. XXXI Yay Olimpiya Oyunlarına avqustun 21-də yekun vurulacaq.

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.