|
|
|
|
Azərbaycan Milli İncəsənət Muzeyi və "Azİz" Beynəlxalq İsrail-Azərbaycan Assosiasiyasının birgə təşkilatçılığı ilə israilli gənc ifaçılar Miriyam Hacıyeva və Yadid Şvarç sentyabrın 5-də Bakıda konsert proqramı ilə çıxış edəcəklər.
Milli İncəsənət Muzeyindən AZƏRTAC-a bildirilib ki, muzeyin 80 illik yubileyi çərçivəsində keçiriləcək konsertdə dünya bəstəkarlarının əsərləri səsləndiriləcək.
Qeyd edək ki, hazırda İsraildə yaşayan Miriyam və Yadid Almaniya, Fransa, İtaliya və ABŞ-da bir çox master-klass, konsertlərdə solist və orkestrant kimi çıxış ediblər.