https://525.az/img/pics/medium/2024-05/312225_b00qqaporh.jpg İncəsənət - yalnız gözəllik yaratmağa qadir dünya
https://525.az/img/pics/medium/2024-05/312186_nfw091kmki.jpg Alkoqollu içkilərin idxal və istehsalı ilə bağlı yeni tələblər
https://525.az/img/pics/medium/2024-05/312184_4m7k4svkue.jpg "ABŞ belə anlayır ki, bölgədə ağalıq etmək qeyri-mümkündür, Fransa hara soxulur?"
https://525.az/img/pics/medium/2024-05/312159_zeckt12jl9.jpg “525-ci qəzet”in 2 may sayında nələr var? - ANONS
search
2 May 2024

“Qarabağ” Qəbələdə dayandı

“Qarabağ” Qəbələdə dayandı

“Qarabağ”ın qol seriyası qırılıb.

Qol.az-ın PFL-in saytına istinadən yaydığı xəbərə görə, cari mövsüm keçirdiyi bütün qarşılaşmalarda qol sevinci yaşayan Qurban Qurbanovun komandası Topaz Premyer Liqasının VII turunun “Qəbələ” ilə səfər matçında rəqib qapısına yol tapa bilməyib – 0:2.

Mövsümün ilk 6 görüşündə meydandan qolsuz ayrılmayan Ağdam klubu ötən çempionatın son 17 qarşılaşmasında da rəqib qapıçıları məyus etmişdi. Son 23 çempionat oyununda bu seriyasını davam etdirən “Qarabağ” 2016-cı ildə yalnız 1 dəfə fərqlənməmişdi. Bu, ilin ilk görüşünə təsadüf etmişdi. Yanvarın 31-də səfərdə AZAL-a 0:1 hesabı ilə uduzan “ağ-göylər” 245 gündən sonra qolsuz qalıb.

Bu seriya ölkə çempionatları tarixində 5-ci nəticənin təkrarıdır. 1999-2000-ci illərdə “Kəpəz” də ardıcıl 23 qol vurmuşdu. Ən uzun 4 seriya isə “Turan” (33), “Şəmkir” (28), “Kəpəz” və “Neftçi”yə (hər ikisi 25) məxsusdur.

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.