|
|
|
|
Oktyabr 9-dan 13-dək Türkiyənin İstanbul şəhərində XXIII Beynəlxalq Enerji Konqresi keçiriləcək.
"APA-Economics" xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Rusiya lideri Vladimir Putinin də iştirak edəcəyi konqresə 80 ölkədən 54-ü nazir olmaqla 266 iştirakçı qatılacaq.
Türkiyə mətbuatı xəbər verir ki, konqresdə SOCAR prezidenti Rövnəq Abdullayev də iştirak edəcək.