"Ali təhsil ocaqlarında da orta və məktəbəqədər təhsil müəssisələri fəaliyyət göstərsin".
Belə bir təklifi Milli Məclisin (MM) Elm və təhsil komitəsinin sədr müavini, millət vəkili Bəxtiyar Əliyev komitənin oktyabrın 18-də keçirilən iclasında "Məktəbəqədər təhsil müəssisəsi haqqında" qanun layihəsi müzakirə edilən zaman səsləndirib.
Onun sözlərinə görə, ali təhsil ocaqlarında orta və məktəbəqədər təhsil müəssisələrinin fəaliyyət göstərməsi elmin inkişafına təkan verə bilər və öncül praktikaların tətbiqinə yeni imkanlar açar.
"Dünyada belə praktikalar çoxdur və bu praktika öz müsbət səmərəsini verir. Belə bir praktikanın Azərbaycanda da tətbiqi lazımdır. Ən azından biz qanunda bununla bağlı müddəa salmalıyıq. Bu gün də olmasa, gələcəkdə belə bir praktika tətbiq ediləndə qanunvericilik baxımından problem yaranmasın"- deyə, millət vəkili bildirib.
K. HƏMZƏOĞLU