|
|
|
|
Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin yeni nəşri – dünya şöhrətli ingilis yazıçısı Uilyam Somerset Moemin Azərbaycan dilinə tərcümə edilmiş “Teatr (Seçilmiş əsərləri)” kitabı işıq üzü görüb.
Mərkəzdən 525.az-a verilən məlumata görə, kitaba yazıçının məşhur “Teatr” romanı, pyes və novellaları daxil edilib.
Əsərləri Azərbaycan dilinə yazıçı-tərcüməçi Yaşar çevirib. Nəşrin redaktoru Güldəstə Nəsibdir.
Əsərin elektron versiyası yaxın günlərdə Mərkəzin “Açıq kitab” elektron kitabxanasının oxucularına təqdim olunacaq.