Dekabrın 2-də Polşanın paytaxtı Varşavada Dünya Azərbaycanlıları Asambleyasının (DAA) təşkilatçılığı ilə Varşava Təbiət Elmləri Universitetində Azərbaycan-Polşa Gənc Alimlərinin 2-ci Elmi Konfransı keçiriləcək.
DAA-dan verilən məlumata görə, tədbirin əsas təşəbbüskarı və təşkilatçısı assambleyanın elmi araşdırmalar və tədqiqat məsələləri üzrə vitse prezidenti, gənc alim Raqif Hüseynovdur.
Azərbaycan-Polşa Gənc Alimlərinin 2-ci Elmi Konfransı "Müasir dövrdə kənd təsərrüfatının və sənayenin mövcud vəziyyəti və inkişaf perespektivləri" mövzusuna həsr edilib.
Tədbirin əsas maddi və texniki dəstəyi Varşava Təbiət Elmləri Universitetidir.
Tədbir çərçivəsində gənc alimlərin təqdimatları olacaq.
Konfransın sonunda gənc alimlərə sertifikat təqdim olunacaq.
Konfransda iştirak edən gənc alimlərin məqalələri Varşava Təbitət Elmləri Universitetinin elmi jurnlında çap olunacaq.
Tədbirdə Türkiyə və Azərbaycanın Polşada fəaliyyət göstərən səfirlikləri, Polşa rəsmi qurumlarının nümayəndələrinin iştirakı gözlənilir.
Qeyd edək ki, Raqif Hüseynov bu yaxınlarda DAA prezidenti Rəşad Quliyevin sərəncamı ilə quruma vitse-prezident təyin olunub. Gənc alim hazırda Macarıstan Respublikasının Sent İstvan Univeristetinin doktorantıdır.
Ceyhun ABASOV